Bakı və İrəvan arasında sülhü yalnız bu dövlət yarada bilər – Qordondan İLGİNC Qarabağ AÇIQLAMASIbackend

Bakı və İrəvan arasında sülhü yalnız bu dövlət yarada bilər – Qordondan İLGİNC Qarabağ AÇIQLAMASI

Ermənistan öz ərazisində KTMT ilə birgə hərbi təlimlərin keçirilməsindən imtina edib. Bu, Rusiya tərəfindən birmənalı qarşılanmayıb və Kreml İrəvana qarşı təzyiqləri daha da artırıb. Rusiya-Ermənistan və İrəvan-Bakı münasibətlərini şərh edən Ukraynalı jurnalist Dmitri Qordon maraqlı məqamları açıqlayıb.  

KONKRET.az xəbər verir ki, Qordon Rusiyanın hərəkətlərinə Paşinyanın əsəblərinin artıq dözmədiyini deyib:

“Çünki Putin Ermənistanın “ağzının üstündən vurur”. Ermənistan artıq çoxdan Putini əsəbiləşdirib. Onlar həm Azərbaycandan, həm də Türkiyədən qorxurlar. Erməni diasporunun güclü olduğu ABŞ və Fransa normal şərtlər daxilində Azərbaycan və Ermənistanı danışıqlar masasına əyləşdirə bilsə, o zaman hər şey fərqli olacaq. Çünki biz Azərbaycan və Ermənistan elitasının çoxdan danışıqlar masasına əyləşmək istədiyini bilirik. Bu ölkələri idarə edənlər də birdəfəlik danışıqlara getmək və məsələni çözmək istədiklərini dilə gətiriblər. Lakin, buna rusların mane olduğunu bildiriblər. Çünki Azərbaycan və Ermənistanın danışıqlara başlaması Rusiyanın maraqlarına ziddir.

Kreml hər zaman Azərbaycan və Ermənistan arasındakı münaqişəni qızışdırmaqda maraqlı olub. Ona görə də, tərəflər arasındakı danışıq missiyasını təkcə ABŞ öz üzərinə götürə bilər. Mən, Bakı və İrəvanın sülh şəraitində yaşamasını çox istərdim. Bu dəhşətli müharibəyə son qoyulmalıdır”.

Ukraynalı jurnalist Dmitri Qordonun adı Rusiyada terrorçu və ekstremistlər siyahısına salındı

Qordon əlavə edib ki, bu gün bir çox münaqişələrin tarixi Ukrayna müharibəsindən asılıdır: “Əgər biz Putinlə bacarsaq, bir çox münaqişələr öz həllini tapacaq. Tayvan-Çin münaqişəsi həll olunacaq, Gürcüstan və Moldova öz suveren ərazisini bərpa edəcək, Qarabağ məsələsi tarixə qovuşacaq. Əgər Rusiyanın siyasi faktoru və təsiri aradan qalxsa, Ermənistan və Azərbaycan dost münasibətləri quracaq.

Düşünürəm ki, Ukrayna qələbə qazandıqdan sonra amerikalılar Bakı və İrəvan arasında danışıqlar missiyasını öz üzərinə götürəcəklər. Beləliklə də bu münaqişə gözəl sonluqla yekunlaşacaq. Bu gün Paşinyanın çaşqın qalmasının səbəbi Ermənistanın KTMT-də yer alması iləı bağlıdır. O, KTMT-dən kömək istəyir, ancaq Paşinyana imtina edirlər. Çünki Rusiyanın Türkiyə və Azərbaycanla razılaşması mövcuddur. Rusiya Türkiyəyə qarşı çıxa bilməz. Bütün bunlar Paşinyanı bezdirib və ermənilər də hər şeyi yaxşı anlayırlar. Hesab edirəm ki, Ukrayna müharibəsindən sonra bir çox problemlər öz həllini tapacaq”, – ukraynalı jurnalist fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*