Bakıda məktəbin qarşısında yeniyetməni avtomobil vurub.
KONKRET.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
159 nömrəli tam orta məktəbin qarşısında yolu keçən 2012-ci il təvəllüdlü Quliyev Ayxan Amil oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.
