Bakıda 19 mərtəbəli binada – YANĞINbackend

Bakıda 19 mərtəbəli binada - YANĞIN

Bakı şəhərinin Sabunçu rayonunda ondoqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus mənzildə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Bu barədə KONKRET.az-a FHN-dən bildirilib.

Yanğın nəticəsində mənzilin mətbəxində 6 m² sahədə stol, aspirator və soyuducu qismən yanıb. Yüksək temperaturdan mətbəx mebeli qarsalanıb.

Yanğınsöndürənlərin səyi sayəsində mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*