Bakıda 2 azyaşlı su hovuzuna düşdübackend

Bakıda 2 azyaşlı su hovuzuna düşdü

Bakıda 2 azyaşlının su hovuzuna düşdüyü bildirilir.

KONKRET.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 2 nəfər azyaşlının su hovuzuna düşməsi barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*