Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.AZ-ın məlumatına görə, Masazır qəsəbəsi ərazisində avtomobil 1994-cü il təvəllüdlü Mirzəyev Ruslan Kazım oğlunu vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
