Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.
