ABŞ Prezidenti Donald Trampın istifadəsinə verilən yeni prezident təyyarəsinin raket hücumlarından müdafiə sistemi ilə hələ tam təchiz edilmədiyi bildirilir. Məhz bu səbəbdən Tramp NATO sammitindən sonra Ankaranı köhnə prezident təyyarəsi ilə tərk edib.
KONKRET.az xəbər verir ki, “The New York Times” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Tramp əvvəlcə köhnə prezident təyyarəsi ilə Böyük Britaniyadakı hərbi bazaya uçub.
Daha sonra isə Qətər kral ailəsinin hədiyyə etdiyi yeni Boeing 747-8 təyyarəsinə keçib.
Qəzetin həmsöhbətlərinin sözlərinə görə, yeni təyyarə əvvəlki prezident bortu ilə eyni səviyyədə müdafiə sistemləri ilə təchiz edilməyib. Onun zenit və hava tipli raketlərdən müdafiə sistemlərinə malik olub-olmadığı isə hələ dəqiq məlum deyil.
Nəşr yazır ki, ABŞ Müdafiə Nazirliyinin hesablamalarına əsasən, yeni təyyarənin bütün zəruri müdafiə sistemləri ilə təchiz edilməsi təxminən 1 milyard dollara başa gələ və bu proses iki ilə qədər davam edə bilər.
NATO sammitindən sonra keçirilən mətbuat konfransında Donald Tramp Ankaradan yeni prezident təyyarəsi ilə qayıtmayacağını açıqlayıb. O bildirib ki, məqsədi təyyarəni Avropada nümayiş etdirmək olub.
Yeni Boeing 747-8 iyunun ortalarında təqdim edilib. Qətər kral ailəsinin hədiyyə etdiyi bu təyyarə 30 ildən artıq müddətdə ABŞ prezidentlərinin istifadə etdiyi Boeing 747-200 modelini əvəz edib.
Bundan əvvəl mediada yeni Boeing 747-8-in böyük ölçülərinə görə Türkiyədə eniş-enmə zolağının modernləşdirildiyi barədə də məlumat yayılmışdı. İddialara görə, NATO sammiti ərəfəsində aparılan hazırlıq işləri təxminən 120 milyon dollara başa gəlib və səkkiz ay davam edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
