Bakıda 40 yaşlı kişi 9-cu mərtəbədən yıxılıbbackend

Bakıda 40 yaşlı kişi 9-cu mərtəbədən yıxılıb

Bakıda bədbəxt hadisə baş verib.

KONKRET.AZ xəbər verir ki, hadisə Səbail rayonu, Gülbala Əliyev 9 ünvanında qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Novruzov Ramin Fazil oğlu yeni tikilən hündürmərtəbəli binadan yıxılıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona kəllə-beyin travması və sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Yaralı reanimasiyaya yerləşdirilib.

Bir cavab yazın