Bakıda Avropa səfirliklərinin bayraqları yarıya endirilib.
KONKRET.az xəbər verir ki, bunu Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann tviterdə yazıb.
Səfir bildirib ki, məqsəd Türkiyə ilə həmrəylik nümayiş etdirməkdir: “Düşüncələrimiz və dualarımız dağıdıcı zəlzələdən zərər çəkənlərlədir”.
