Bakıda minik avtomobili ilə sərnişin avtobusu arasında qəza baş verib.
KONKRET.AZ xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Sabunçu rayon Maştağa qəsəbəsində qeydə alınıb.
Minik avtomobilinin 131 saylı xətt üzrə hərəkət edən avtobusla toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına çatıdırılıblar:
Xəsarət alanlar:
Avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Rəhimov Mehdi Hikmət oğlu;
1988-ci il təvəllüdlü Rəcəbov İkram Mahir oğlu;
1996-cı il təvəllüdlü Babayev Məlikağa Həmidağa oğlu;
1994-cü il təvəllüdlü Rəcəbov Mahir İbrahim oğlu;
Onlardan 3-ü ilkin tibbi müayinədən sonra ambulator müalicəyə yola salınıb, bir nəfər M.Rəcəbov isə xəstəxananın travma şöbəsində müalicə alır.
