Bakının Binəqədi rayonunda avtomobil yanıb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobildə anidən yanğın baş verib.
Yanğın söndürülüb və onun digər avtomobillərə keçməsinin qarşısı alınıb.
