Bakıda avtomobil yandı – Sürücü öldübackend

Bakıda avtomobil yandı - Sürücü öldü

Bakıda avtomobil sürücüsü ilə birgə yanıb.

KONKRET.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd edilib ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisinidə, Binə-Sədərək yolunda avtomobil yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “DONG FENG AEOLUS E 70” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Atomobildə sürücünün yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*