Azərbaycanlı ailəsi bayrağımızı belə zibillədi – VİDEObackend

Azərbaycanlı ailəsi bayrağımızı belə zibillədi - VİDEO

Bakıda Azərbaycan bayrağına qarşı hörmətsizlik edən ailənin görüntüləri kameralara düşüb.

KONKRET.az xəbər verir ki, video şəhərin mərkəzində yerləşən arxitekturalı binalardan birində qeydə alınıb.

Altıncı mərtəbədə yaşayan ailə tozlu xalçanı binanın alt balkonlarından asılan Azərbaycan bayraqlarının üstünə çırparkən görüntülənib.

Sosial şəbəkələrdə paylaşılan video izləyicilərin hiddətinə səbəb olub. İnsanlar ailənin bayrağımıza qarşı kobud hərəkətini kəskin pisləyiblər.

Burhan,

KONKRET.az

  • Vazeh
    Noyabr 5, 2023 - 17:32

    Bu düzgün deyil. O bayraqdan, onun ölkəmizin bütün ərazisində və ən uca yerlərdə dalğalanmasından ötrü, cəmiyyətimizin qaymağı olan nə qədər igid və cəsur oğullarımız öz şirin canını qurban verdi. Kim bilir, xalqımız bir daha belə igidlər yetişdirə biləcəkmi? O son vaxtlar məşhurlaşmış mahnıda deyildiyi kimi, “Vətənimiz Azərbaycanın dağ çəkilib qəlbinə” o bayraqdan ötrü. İndi sən dur, bu bayrağa hörmətsizlik elə, bu, heç bir normaya, əxlaqa sığımaz.

  • Nizami Bayrsmov
    Noyabr 6, 2023 - 02:38

    bayrağa hörmətsizlik, Ölkəyə hörmətsizlik deməkdir!!,
    Şəhidlərimizin ruhunu təhqir edirlər, yəqin bu insanlar bizim vətəndaşımız deyillər… yoxlamaq lazımdır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*