Bakıda əvvəllər məhkum olunmuş şəxsdən külli miqdarda narkotik aşkar olunub.
KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan İbadovdan 1 kiloqram 26 qrama yaxın heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
