Bakıda evdən 32 min manatlıq oğurluq oldubackend

Bakıda evdən 32 min manatlıq oğurluq oldu

Bakıda evdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, aprelin 7-də Binə qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və evin həyətindəki saxlanc yerindən dəyəri 32 min manatdan çox olan məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

Keçirilən əməliyyat tədbirləri ilə oğurluq əməlində şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*