Bakıda evlərdən 15 min manatlıq oğurluq edən şəxs tutuldubackend

Bakıda evlərdən 15 min manatlıq oğurluq edən şəxs tutuldu

Suraxanı rayonunda evlərdən oğurluq edən şəxs müəyyən olunub.

DİN-in mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, Rayon Polis İdarəsinin 30-cu Polsi Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 28-də Binə qəsəbəsindəki həyətlərin birindən oğurluğa cəhd göstərən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Rzayev saxlanılıb.

Onun ətrafında aparılan tədbirlərlə onun daha 4 evdən ümumilikdə 2850 manat, 1000 ABŞ dolları və 10.800 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*