Bakıda “Gelandewagen” sürücüsü kasıbları təhqir etdi – DİN hərəkətə keçdi – YENİLƏNİB + VİDEObackend

Bakıda “Gelandewagen” sürücüsü kasıbları təhqir etdi - DİN hərəkətə keçdi - YENİLƏNİB + VİDEO

Daxili İşlər Nazirliyi (DIN) Bakıda aztəminatlı ailələri təhqir edərək küçədə yüksək sürətlə hərəkət edən “Gallendvagen” sürücüsü ilə bağlı araşdırmalara başlayıb.

KONKRET.az xəbər verir bu barədə nazirliyin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, hazırda həmin avtomobilin müəyyən edilərək saxlanılması ilə bağlı araşdırmalar aparılır. Araşdırmalardan sonra sürücü barədə qanunamüvafiq qaydada tədbir görüləcək.

***

16:58
Bakıda “Gelandewagen” idarə edən şəxs aztəminatlı şəxsləri təhqir edib.

KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, sürətlə avtomobil idarə edən şəxs ətrafdakılara təhqiredici ifadələr işlədib: “Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”.

Görüntülərdə həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi aydın görünür.

Həmin görüntüləri təqdim edirik:

/oxu.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*