Bakıda güclü yanğın – YENİLƏNİBbackend

Bakıda güclü yanğın - YENİLƏNİB

Bakının Xətai rayonu ərazisində yanğın baş verib.

KONKRET.az xəbər verir ki, yanğın hadisəsi rayon ərazisində yerləşən təndirxanada qeydə alınıb.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

***

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb.

“Nazirliyin 112 qaynar xəttinə Xətai rayonunun Abdulla Rəhimov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb edilib. Yanğınların müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir”, – məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*