Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar varbackend

Bakıda iki avtomobil toqquşdu: xəsarət alanlar var 

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, “Jeep” markalı avtomobillə “Reno” markalı avtomobil toqquşub.

Nəticədə “Jeep” markalı nəqliyyat vasitəsinin sürücüsü, 25 yaşlı Anar adlı şəxs və digər avtomobilin qadın sürücüsü xəsarət alıb.

Yaralılar təcili yardımın köməkliyi ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Müayinə zamanı onlara bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*