Bakıda işçilər işə gəlmədi, məktəb direktoruna xəbərdarlıq edildibackend

Bakıda işçilər işə gəlmədi, məktəb direktoruna xəbərdarlıq edildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməmələri ilə bağlı məsələyə münasibət bildirib.

KONKRET.AZ xəbər verir ki, idarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı daxil olmuş məlumat araşdırılıb:

“Aparılmış araşdırmanın nəticələrinə əsasən, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Səbail rayonu 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq xəbərdarlıq edilib”.

“Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi bundan sonra da hər zaman diqqət mərkəzində saxlanılacaq”, – deyə qurumdan qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*