“Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkərandan gediş-gəliş qadağası qüvvədə qalır”.
KONKRET.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.
O deyib ki, Bakı qeydiyyatı olan və Bakıda işləyən şəxslərin girişinə icazə verilir: “Digər rayonlar bir-biri ilə sərbəst gediş-gəliş edə bilərlər”.
İ.Məmmədov qeyd edib ki, sarı zonaya daxil olan rayonlarda evdən çıxarkən icazə almağa ehtiyac yoxdur.

Bes Bakidan rayona getmək olarmı?
Salam.Mən Bərdə rayon Otuzikilər Kənd sakini Qurbanov Hümbət İlqar oğlu. Zəhmət olmasa şikayətimi aidiyyatı qurumlara bildirmək üçün mənə kömək edin. Mən ailəliyəm və həyat yoldaşımın qaçqın statusuna görə 50azn müavinət alır. Buna görə də həm ona həm də mənə 190 azn birdəfəlik ödəmə verilməsindən imtina olunur. Həmin 50 aznlə bizim ailənin maddi təlabatını heç 50 faiz də ödəmək mümkün deyil. Əlavə olaraq yoldaşım hamilə olduğu üçün səhhətindəki bəzi problemlərə qarşı müalicə olunur.Beləliklə dərman pereparatları almağa və ailənin gündəlik maddi ərzaq təlabatını ödəməyə heç bir vəsaitimiz yoxdur. Sizlərdən xahişim odurki fikrimizi kimə və necə bildirə biləcəyimiz barəsində bizə köməklik göstərəsiniz.