Bakının Xətai rayonunda, metronun “Həzi Aslanov” stansiyası yaxınlığında kanalizasiya borusu partlayıb.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, nəticədə yollar keçilməz vəziyyətə düşüb.
Yerli sakinlərin bildirdiklərinə görə, bu problem beş gündən çoxdur davam edir.
Həmçinin vurğulanıb ki, hadisə nəticəsində yayılan qoxu evlərə qədər dolub.
Görüntüləri təqdim edirik:
