Keçmiş məcburi köçkünlərin evlərinin aqibəti bəlli oldu – Agentlikdən ADDIMbackend

Keçmiş məcburi köçkünlərin evlərinin aqibəti bəlli oldu - Agentlikdən ADDIM

Bakıda və şəhərətrafı ərazilərdə çıxarışlı və sərfəli qiymətə ev almaq istəyənlər üçün əla fürsət yaranıb.

KONKRET.az-ın məlumatına görə, məcburi köçkünlər üçün inşa edilmiş mənzillərin bir çoxu Sosial Xidmətlər Agentliyi tərəfindən satışa çıxarılıb.

Mənzillər Abşeron rayonunda, o cümlədən, Ramana, Ümid və Kürdəxanı qəsəbələrində yerləşir. Evlərin qiyməti onların kavdratından asılı oalraq dəyişir. Təmirli vəziyyətdə olan mənzillər digər binalarla müqayisədə ucuz satışa çıxarılıb.

Mənzillərdən bəzilərinin satış qiymətlərini təqdim edirik:

Abşeron rayonu – Yeni yaşayış kompleksində 3 otaqlı, 84,1 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 69 min 803 AZN

Ümid qəsəbəsi – Yeni yaşayış kompleksində 3 otaqlı, 83,5 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 58 min 450 AZN

Ramana qəsəbəsi – Yeni yaşayış kompleksində 3 otaqlı, 79,2 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 63 min 360 AZN

Kürdəxanı qəsəbəsi – Yeni yaşayış kompleksində 3 otaqlı, 71 kvadratmetr sahəyə malik təmirli mənzilin qiyməti 56 min 800 AZN

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində tikilmiş yaşayış binalarında satışa çıxarılan bütün mənzillər və onların qiyməti ilə BU LİNKƏ daxil olmaqla tanış ola bilərsiniz. (baku.ws)

  • Namiq
    Aprel 24, 2024 - 13:55

    Niyə həmin mənzilləri mənzilsiz, illərlə kirayədə yaşayan hərbi qulluqçulara vermirlər

  • Əli
    Aprel 24, 2024 - 16:47

    Bu evlər vətən üçün 20 il hərbi QUL olanların haqqıdır. Bu evlər canını, ömrünü VƏTƏN üçün həsr edənlərin haqqıdır.

  • Kamal
    Aprel 24, 2024 - 18:11

    Salam olsun bu mesajı oxuyan Azərbaycan əhlinə.muzakirem buduku nie o evleri veteranlara vermirsiz halbuki araşdırılsa veteranlarimizin yarısı kirayəde qalir hec olmasa bizlere çox vedlereverildi halbuki edilmedi men öz adıma demirem şükür evim var ama hec olmasa onlarida başa dusmey lazımdı

  • Samire
    Aprel 25, 2024 - 01:00

    Çox baha satırlar qaçqın evlərini 30_40min manatda demirsize 70min deyirsiz 70mine şəhərdən gözəl ev alaram

  • Əzilən vetəndaş
    Aprel 25, 2024 - 22:05

    Bu menzilden birini menim evime girən mecburi köçkünu yerlesdirin. Avropa insan huquqlari bu mesele ile bagli islere baxdi cixanlar oldu. Lakin sonradan dovlet dediki biz ozumuz helle edecik . Amma hardadi yalandan ancaq bas aldadirlar. Şərait yaradin hec olmasa insan kimi yasiyaq . Menim haqqimi yiyeni əlimdən alani Allaha tapşırıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*