Bakıda mağazada yanğın oldubackend

Bakıda mağazada yanğın oldu

Bakıda mağazada yanğın hadisəsi baş verib.

KONKRET.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 115 m² olan birmərtəbəli ərzaq mağazasının içərisində mallar, 2 ədəd soyuducu və 1 ədəd kondisioner yanıb.

Yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı 50 m² sahədə əriyib, 11 ədəd vitrin soyuducusu qismən qarsalanıb.

Mağazanın qalan hissəsi və içərisində 1 ədəd ödəniş terminalı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*