backend

Bakıda maşınla 4 yaşlı oğlunun üstündən keçən “Azərişığ”ın işçisi imiş - TƏFƏRRÜAT - YENİLƏNİB

Bakının Yasamal rayonu, H.Zərdabi küçəsində bədbəxt hadisə baş verib.

Məlumatına görə, həmin küçədə yerləşən “Azərişıq” ASC-nin Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin istismar şöbəsinin qarşısında ata azyaşlı oğlunu əzib.

Qeyd edilir ki, ata maşını park edərkən, dörd yaşlı oğlu arxa qapını açıb düşərkən təkərin altında qalıb. Maşın körpəni sürüyüb.

Uşağın hər iki valideyni sözügedən idarədə işləyir. İdarədə növbəli iş olduğu üçün istirahət günü olan ata arvadını işə gətirirmiş./buta.ws/

***

 09:06 

Abşeronda bədbəxt hadisə baş verib.

KONKRET.az-ın reporta istinadən məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini Tural Əkbərli idarə etdiyi şəxsi avtomobilini yaşadığı evin həyətində arxaya verərkən övladı, 2016-cı il təvəllüdlü Əkbərli Əli Tural oğlu ehtiyatsızlıqdan avtomobilin təkərinin altında qalaraq ağır bədən xəsarətləri alıb.Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, bədənin çoxsaylı sınıqları və əzikləri diaqnozları qoyulub.

Azyaşlı cərrahi əməliyyat olunub.

Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*