Bakıda məşhur müğənninin qəfil halı pisləşib.
KONKRET.az mansetaz-a istinadən xəbər verir ki, “Yeni Ulduz 10” mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Nuri Kərimlinin səhhətində problem yaranıb.
Sənətçi dərhal paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib. Qısa müddətdə 20 kq çəki itirən müğənni təcili əməliyyata götürülüb. Bildirilir ki, o, hazırda əməliyyat olunur.
Qeyd edək ki, Nuri Kərimli Graves xəstəliyindən əziyyət çəkir.
Graves xəstəliyi (zəhərli zob) immun sisteminin qalxanabənzər vəziyə hücum edərək onun həddindən artıq hormon istehsal etməsinə (hipertiroidizm) səbəb olduğu autoimmun xəstəlikdir. Bu xəstəlik ürəkdöyünmə, sürətli arıqlama, tərləmə, əsəbilik və gözlərin önə çıxması (oftalmopatiya) kimi əlamətlərlə özünü göstərir.
