Bakıda müştəri taksi çağırdı, aldığı cavabdan ŞOKA DÜŞDÜ – BOLT-DAN ŞİKAYƏTbackend

Bakıda müştəri taksi çağırdı, aldığı cavabdan ŞOKA DÜŞDÜ - BOLT-DAN ŞİKAYƏT

Taksi şirkəti kimi fəaliyyət göstərən BOLT-dan oxucu şikayəti daxil olub.

KONKRET.az Milli.Az-a istinadən şikayəti olduğu kimi təqdim edir:

“Məktəbdən uşaqları götürüb evə aparmaq istəyirdim. Hava yağışlı olduğu üçün taksidən istifadə etmək qərarına gəldim. Tətbiq vasitəsilə BOLT-dan istifadə etdim və taksi sifariş etdim. 99UJ740 dövlət nişanlı “Chevrolet Cruze” avtomobili idarə edən İlqar adlı sürücü 5 dəqiqəyə yaxınlaşmalı idi. Vaxt keçdikdən sonra yanımıza həmin taksi yaxınlaşdı və dayanmadan yolunu davam etdi. Tıxac olduğu üçün uzağa gedə bilmədi. Ona çataraq sürücüyə işarə etdim ki, dayansın. Sürücü pəncərəni aşağı saldı və mən ona bildiridim ki, müştərisi mənəm. Aldığım cavabdan şoka düşdüm: “Mən uşaqları avtomobilimə mindirmirəm”. Düşünürəm ki, belə bir hal varsa, bu mənə, yəni müştəriyə, əvvəlcədən bildirilməli idi. Xahiş edirəm ki, o sürücü barədə ciddi ölçü götürülsün, onunla əməkdaşlıq edilməsin və heç bir taksi şirkəti onunla işləməsin”.

 

  • Xəyal Rzayef
    İyun 1, 2021 - 07:29

    Bolt Son Zamanlar Ağını Çıxardıb.
    tarix: 26.05.2021 SAAT: 2240 . Şoferin Adı Ruhin Olaraq Qeyd Olunub Programda.! Bolt Programı İlə Taksi Zakaz Verdim Kartla. Ama Şofer Kartımda Ödəniş Etmək Üçün Vəsaid Olmadıqını Dedi. Baxtım Düz Deirdi. Məndə Nağd Şəkildə Ödənişh Etdim. Və Evə Gəldiyimdə Bolt’a 2.9 Azn Borcum Olduqunu Gördüm.! Mən Nağd Ödəniş Etdiyimə Görə Niyə Borcum Olmalıdır ki ? Zəhmət Olmasa BununLa Bağlı Tədbir Görülsün. Bəzəndə Taksi Ödənişin Kartla Olduqunu Görəndə Sifarişi İmtina Edin Deyir.

  • Техран
    Aprel 16, 2022 - 18:14

    Bolt taksi zakas elədim. Iki defe ödeniş çikildi. Ikinci ödenişə mən taksi zakaz eləməmisdim.

  • Техран
    Aprel 16, 2022 - 18:15

    Bolt taksi zakas elədim. Iki defe ödeniş çikildi. Ikinci ödenişə mən taksi zakaz eləməmisdim.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*