Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var – VİDEObackend

Bakıda məktəbdə yanğın: Zəhərlənənlər var - VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadası cəlb olunub.

1 nəfər stressə qarşı kəskin reaksiya (qadın cinsli), digər 3 şəxs isə (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

1 nəfərə isə (qadın cinsli) yerində yardım olunub.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) hərəkətə keçib.

“Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində məktəbin 1-ci mərtəbəsində yerləşən kitabxanada elektrik kabeli, kitab rəfi və kitablar qismən yanıb. Təxliyəyə ehtiyac olmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*