Binəqədi rayonu Biləcəri qəsəbəsində özünü Qarabağ əlili kimi təqdim edən şəxsin özünü yandırması ilə bağlı məlumat yayılıb.
KONKRET.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətindən bildirilib ki, küçə ticarəti piştaxtası yığışdırılan zaman Məhəmmədəli Hacıyev özünü yandırmağa cəhd edib:
“O, piştaxtanı piyadaların hərəkət hissəsində yolu zəbt edərək qanunsuz quraşdırıb. Bu cəhdin qarşısı alınaraq, o, dərhal yüngül yanıq xəsarətilə müvafiq xəstəxanaya çatdırılıb. Bu, onun birinci əməli deyil, dəfələrlə əlillik adından sui-istifadə edərək, belə hərəkətlərə cəhdlər göstərib”.
Yayılan məlumata görə, polis Binəqədi rayonu ərazisində yerləşən şadlıq sarayının qarşısında meyvə satan 1-ci qrup Qarabağ əlili ilə kobud davranıb, meyvə-tərəvəz piştaxtasını dağıdıb. Buna etiraz olaraq həmin şəxs özünü yandırıb.Hazırda 5 saylı şəhər klinik xəstəxanasındadır./qafqazinfo/
