Bakıda polis dənizdə batan şəxsi xilas edərkən boğularaq öldü – FOTObackend

Bakıda polis dənizdə batan şəxsi xilas edərkən boğularaq öldü - FOTO

Boğulmaq təhlükəsi ilə üzləşən şəxsi xilas etməyə çalışan gənc polis əməkdaşı öz həyatını da itirib.

KONKRET.az xəbər verir ki, Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanov dünən saat 18 radələrində Xəzər rayonundakı “Mayak” çimərliyində bir nəfərin suda boğulduğunu görür və onu xilas etmək üçün dərhal özünü dənizə atır. Lakin dərinlik və yüksək dalğalar ona mane olur. Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə öz həyatını itirir.

Fədakar polis əməkdaşının ailəsinə dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin!

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*