Bakıda polis sürücünü saxladı, o isə “ayağını” çıxarıb camaata səsləndi – VİDEObackend

Bakıda polis sürücünü saxladı, o isə "ayağını" çıxarıb camaata səsləndi - VİDEO

Bakıda yük maşınının sürücüsü polis əməkdaşları tərəfindən yaxalanıb.

KONKRET.AZ xəbər verir ki, görüntülərdən göründüyü kimi, YPX-dan qaçan sürücü 20 Yanvar dairəsi yaxınlığında tıxaca düşüb.

Dərhal avtomobildən düşən polis əməkdaşı yük maşının sürücüsünü saxlamaq istəyib. Qapını açan polis sürücünün ayağından tutub və onu yük avtomobilindən düşürməyə cəhd edib. Ancaq sürücünün protez ayağı polisin əlində qalıb.

Məlum olub ki, yük avtomobilinin sürücüsü əlildir. Qayda pozan və polisin saxla əmrinə tabe olmayan sürücü saxlanılıb.

Baku.ws

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*