Bakıda qadın bir yaşlı oğlunu zəhərləyərək öldürdübackend

Bakıda qadın bir yaşlı oğlunu zəhərləyərək öldürdü

Bakıda qadın bir yaşlı övladını yeməyinə zəhər qataraq öldürüb.

KONKRET.az xəbər verir ki, bu barədə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*