Bakıda qız ögey atasından qaçıb küçələrdə yatdıbackend

Bakıda qız ögey atasından qaçıb küçələrdə yatdı

Bakıda gənc qız evdən qaçıb.

KONKRET.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. 17 yaşlı A.İsmayılova evdən çıxaraq, itkin düşüb. Onun itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

Aparılan araşdırma zamanı yeniyetmənin yeri müəyyən edilib. O, evdən qaçdığını və gecələr küçələrdə yatdığını bildirib. Onun sözlərinə görə, buna səbəb isə ögey atasının qeyri-insani rəftarı olub. Nəticədə qız çarəni evdən qaçıb tək yaşamaqda görüb.

O, Bakıdakı sığınacağa yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*