Bakıda səkidə metal konstruksiyadan özbaşına artırma işlərinin qarşısı alındı – VİDEObackend

Bakıda səkidə metal konstruksiyadan özbaşına artırma işlərinin qarşısı alındı - VİDEO

Bakının Xətai rayonu, Xocalı prospektində piyada səkisində metal konstruksiyadan özbaşına artırma işlərinin qarşısı alınıb.

KONKRET.az bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, komitənin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları qeyd edilən ünvanda monitorinq keçirərək, piyada səkidə metal konstruksiyadan özbaşına artırma işlərinin aparılması faktı aşkar edib: “İdarə əməkdaşlarının operativ müdaxiləsi nəticəsində özbaşına artırma işlərinin qarşısı alınıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*