Bakıda məktəbdə baş verən dəhşətli hadisə zamanı yanıq xəsarətləri alan şagirdin son vəziyyəti açıqlanıb.
KONKRET.az xəbər verir ki, TƏBİB-dən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan yeniyetmənin müalicəsi hazırda davam etdirilir.
Məlumata görə, yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə yerləşdirilən yeniyetmə Reanimasiya şöbəsində saxlanılır.
Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə aprelin 20-də paytaxtdakı 286 nömrəli tam orta məktəbdə baş verib. Hadisə zamanı 2011-ci il təvəllüdlü şagird sinif yoldaşı tərəfindən yandırılıb.
