Bakıda üç nəfər taksi sürücüsünü bıçaqla hədələdibackend

Bakıda üç nəfər taksi sürücüsünü bıçaqla hədələdi

Bakıda üç nəfər taksi sürücüsünü bıçaqla hədələyib.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə iyulun 26-da saat 23 radələrində Xocəsən qəsəbəsi ərazisində “Tofaş” markalı taksidə 3 nəfərin Masallı rayon sakini Ş.Əliyevi bıçaqla hədələyib içərisində pulu və sənədi olan pul qabısı quldurluq yolu ilə talamaları və avtomobildən düşürmələri barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Abşeron rayon sakini K.Quliyev, Sabirabad rayon sakini A.Həsənov və Bərdə rayon sakini S.Kərimova müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*