Bakıda üzərində “Makarov” silahı olan şəxs saxlanıldı – FOTObackend

Bakıda üzərində "Makarov" silahı olan şəxs saxlanıldı - FOTO

Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.

KONKRET.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Oğuz rayon sakini Alqayıt Məmmədov Bakıxanov qəsəbəsində tutulub.

Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” konstruksiyalı atəşə yararlı tapança, 3 ədəd həmin silaha məxsus  patron və daraq aşkar edilərək götürülüb.

Faktla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Sabunçu RPİ-nin İatintaq Şöbəsinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*