Bakıda yol çökdü – FOTO – RƏSMİ AÇIQLAMA – YENİLƏNİBbackend

Bakıda yol çökdü - FOTO - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Səbail rayonu, Şeyx Şamil küçəsində yolun asfalt-beton örtüyündə çökmənin baş verməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinnin (AAYDA) aidiyyəti şöbəsi artıq məlumatlandırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli paylaşıb.

Onun sözlərinə görə, qısa müddət ərzində çökmənin baş vermə səbəbi müəyyən edilərək aradan qaldırılacaq və yolun asfalt-beton örtüyü bərpa ediləcək.

***

15:37
Metronun “İçərişəhər” stansiyası yaxınlığında yol çöküb.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumatda bildirilib ki, avtobus dayanacağının qarşısında çökən yolun qəzalı olduğuna dair ətrafda heç bir işarə qoyulmayıb və 2 maşın çöküntü səbəbindən zərər görüb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*