backend

Bakıda yol polisinə silahlı hücum: 25 yaşlı gənc əlindəki bıçaqla... - VİDEO

Bıçaqla yol polisi əməkdaşına xəsarət yetirmək istəyən sürücünün zərərsizləşdirilməsi barədə DİN-in Baş Dövlət Yol Polisi (DYP) İdarəsi məlumat yayıb.

KONKRET.AZ xəbər verir ki, idarədən daxil olan məlumatda deyilir:

“31.01.2020-ci ildə saat 10:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən 68-ci kilometrində qabaq şüşəsinə sayrışan işıqlar quraşdırıldığına görə YPX inspektorları tərəfindən saxalanılan “Reanault Tondar” markalı, 99-UD-071 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Seyidzadə Mirsamir Mirhəşim oğlu əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayaraq əlindəki bıçaqla polis əməkdaşına xəsarət yetirməyə cəhd edib, lakin YPX inspektoru polis baş serjantı Anar İbrahimovun cəld hərəkəti və çevikliyi nəticəsində zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə istintaq orqanlarına təhvil verilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*