Bakının Fəvvarələr meydanında qanunsuz tikintinin qarşısı alındı – FOTOFAKTbackend

Bakının Fəvvarələr meydanında qanunsuz tikintinin qarşısı alındı - FOTOFAKT

Fəvvarələr meydanında yerləşən “Fontana” restoranının sahibləri tərəfindən ictimai sahədə aparılan qanunsuz tikinti işləri dayandırılıb.

KONKRET.az-a bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, mart 19-da Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində (Fəvvarələr meydanı yaxınlığında) növbəti dəfə ictimai sahənin qanunsuz zəbt edilməsi faktı aşkar edilib. Qeyd olunub ki, həmin ünvanda ötən ilin mart, habelə cari ilin yanvar və mart aylarında keçirilmiş baxış zamanı da qanunsuz artırma işlərinin aparıldığı müəyyən olunmuşdu.

“Bundan əvvəl Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma qaydalarına uyğun həyata keçirilmiş monitorinqlər nəticəsində oxşar halla bağlı bir neçə dəfə qanunsuz tikinti işlərinin qarşısı alınmış, söküntü işləri təmin edilmişdir. Lakin Baş İdarə tərəfindən sahibkarlara xəbərdarlıq edilsə də, yenidən həmin ərazidə özbaşına quraşdırma işlərinə başlanılmış və ictimai sahənin bir hissəsi müxtəlif konstruksiyalarla zəbt edilərək, gediş-gəlişə maneə yaradılmışdır. Hazırda ərazidə aparılan işlər tərəfimizdən dayandırılmışdır”, – deyə Komitə açıqlama yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*