Balakəndə AĞIR QƏZA: Sürücü öldü – 3 yaralıbackend

Balakəndə AĞIR QƏZA: Sürücü öldü - 3 yaralı

Balakəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Kortala kəndində qeydə alınıb.

Belə ki, Kortala kənd sakini, Murad Xırxırov idarə etdiyi “VAZ” markalı minik avtomobili ilə Kortala kəndindən şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində sürücü M. Xırxırov hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər – Kortala kənd sakini Ramazan Qalayçıyev, Qazma kənd sakinləri – Həlimət Sarıyeva və Ofeliya Hacıyeva müxtəlif bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*