“Balasanyan Qarabağda kiçik silahlı dəstələr yaradır” – Mixail Borisovbackend

"Balasanyan Qarabağda kiçik silahlı dəstələr yaradır" - Mixail Borisov

“Son günlər  tanınmayan “DQR”-də yerli “elita”nın bütün nominal fiqurları işdən çıxıb. Bəzi mənbələrə görə, onlar Qarabağdan qaçıb. Ona görə də Dağlıq Qarabağdakı separatçılar  “qaziləri” vəzifələrə gətirməyə başlayıblar. Bu radikal qüvvələrin başında isə general Vitali Balasanyan dayanır. Balasanyan və onun yeni komandasının “hədəfi” Qarabağda yeni mobil bölmələr yaratmaq, separatçılara silah təchizatı üçün yeni kanallar təşkil etmək və yenidən müharibəni alovlandırmaqdır. Bu məqsədlə Balasanyan Hadrut və Əsgəranda kiçik yerli eskalasiya mərkəzlərinin bərpasına başlayıb”

KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Mixail Borisov məlumat yayıb. Məlumatda daha sonra deyilir ki, ”Qanunsuz qrupların fəaliyyətinin ən çox ehtimal olunan senarilərindən biri enerji və nəqliyyat şəbəkələrinə qarşı təxribatlardır. Bildiyimiz kimi, Dağlıq Qarabağın işğaldan azad edilməsi bölgədə yeni infrastruktur yaratmaq imkanları açdı. Bakı artıq bu istiqamətdə hərəkətə keçib. Baxmayaraq ki, radikal erməni siyasi qüvvələri hələ noyabr ayında nəinki Ermənistan ərazisində, hətta Dağlıq Qarabağda hər hansı bir kommunikasiyanın bərpasına və tikintisinə icazə vermiyəcəklərini söyləmişdilər”.

Borisov daha sonra yazır: ”Son günlər Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan ərazisindən keçməklə Azərbaycanla Türkiyə arasında nəqliyyat dəhlizinin və Dağlıq Qarabağda yeni infrastrukturun yaradılacağına dair söylədiyi fikirlər Ermənistan və “DQR”-dəki radikal qüvvələrin “qəzəbinə” səbəb olub. Bu məqsədlə “meşə qardaşları”nın  potensialından istifadə edərək Bakının planlarını pozmaq üçün Balasanyanın silahlı dəstələri davamlı şəkildə təxribatlar törədəcək. Əslində Balasanyan bunu gizlətmir, açıq şəkildə deyir. Bu isə Qarabağdakı sülhə əsaslı təhlükə yaradır”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*