Banff Milli Parkında boz ayı hücumu – 2 ölübackend

Banff Milli Parkında boz ayı hücumu - 2 ölü

Kanadada Alberta ştatındakı Banff Milli Parkında ayı iki nəfərə və onların itinə hücum edərək öldürüb.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, cümə günü axşam saatlarında Banff Milli Parkındakı Qırmızı Maral çayı vadisində ayı hücumunu göstərən GPS siqnalı alınıb. Şənbə günü səhər isə hadisə yerinə gələn xilasetmə qrupu iki meyit tapıb.

Qeyd edilir ki, ayı aqressiv davranış nümayiş etdirdikdən sonra evtanaziya edilib.

Qurbanların kanadalı cütlük və onların iti olduğu açıqlanıb.

Açıqlamaya görə, ölümcül hücumların son dərəcə nadir olduğu və boz ayı hücumlarının yalnız 14%-nin ölümlə nəticələndiyini bildirilib.

Hər il dörd milyondan çox turisti cəlb edən Banff Milli Parkı boz və qara ayılara ev sahibliyi edir.

Ariz Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*