Baş nazir Əli Əsədov neft emalı zavodunda aparılan modernizasiya və yenidənqurma işləri ilə tanış oldubackend

Baş nazir Əli Əsədov neft emalı zavodunda aparılan modernizasiya və yenidənqurma işləri ilə tanış oldu

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 18-də Dövlət Neft Şirkətinin Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernizasiya və yenidənqurma işləri ilə tanış olub.

Nazirlər Kabinetindən KONKRET.az-a bildirilib ki, aparılan işlərlə tanışlıqdan sonra Baş nazirin sədrliyi və Dövlət Neft Şirkətinin Müşahidə Şurası sədrinin və üzvlərinin, Şirkətin prezidentinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə modernizasiya və yenidənqurma işlərinin cədvələ uyğun aparılması məsələsi diqqət mərkəzində olub, görülən və görüləcək işlər müzakirə edilib.
Qarşıda duran məsələlər müəyyən edilərək müvafiq işlərin vaxtında və tam şəkildə həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*