backend

Baş Prokurorluq atanın 9 yaşlı qızını döyərək işgəncə verməsi ilə bağlı açıqlama yaydı

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin 9 yaşlı qızı Milana Məlikzadəyə döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya vatsap vasitəsilə zəng edərək nümayiş etdirməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır.

KONKRET.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Reportun sorğusuna cavab olaraq bildirib ki, nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*