Baş Prokurorluq Nazim Bəydəmirlinin şirkəti ilə bağlı açıqlama yaydıbackend

Baş Prokurorluq Nazim Bəydəmirlinin şirkəti ilə bağlı açıqlama yaydı

Baş Prokurorluq sabiq deputat Nazim Bəydəmirlinin rəhbəri olduğu “Avto-Garant” ASC ilə bağlı məlumat yayıb.

Bu barədə KONKRET.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

“Bəzi sosial şəbəkə və media səhifələrində “Avto-Garant” ASC-nin təsisçisi Nazim Bəydəmirli və ASC-nin idarə heyətinin sədri Elmar Musayevin  2014-cü ildə “Avto-Garant” ASC-nin mülkiyyətçisi Ədalət Bağırov və qeyriləri tərəfindən E.Musayevin qanunsuz olaraq vəzifədən kənarlaşdırılması, pul vəsaitlərinin dövlət büdcəsindən yayındırılması və xəzinəyə mədaxil edilməməsi barədə müraciətləri üzrə Xətai rayon prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması və əsassız qərar qəbul edilməsi ilə bağlı ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən məlumatlar yayılıb.

Bununla əlaqədar bildiririk ki, Xətai rayon prokurorluğunda araşdırma aparılmaqla müəyyən edilmişdir ki, tərəflər arasında müxtəlif vaxtlarda göstərilən xüsusatlar üzrə mübahisələrə mülki mühakimə qaydasında qarşılıqlı iddia tələblərinə əsasən birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılaraq müvafiq qərarlar qəbul edilmiş, həmçinin göstərilən məsələlərlə bağlı məhkəmə baxışları zamanı hər hansı cinayət xarakterli məlumatlar araşdırılması üçün prokurorluq orqanlarına göndərilməyib.

Araşdırma zamanı qeyd edilən mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiyallığı nəzərə alınaraq və müraciətdə göstərilən digər xüsusatlar öz təsdiqini tapmadığına görə Bakı şəhəri Xətai rayon polis idarəsinin İstintaq şöbəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Göstərilənlər barədə Nazim Bəydəmirliyə və digər maraqlı şəxslərə dəfələrlə məlumatlar verilmiş və qanunvericiliyin tələblərinə əsasən hüquqları izah edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*