Hacıqabul rayon prokuroru Rövşən Maqsudov vəzifəsindən azad edilib.
KONKRET.az-a Baş Prokurorluqdan verilən məlumata görə, Kamran Əliyev bu barədə əmr imzalayıb.
Əmrə əsasən, o, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
