Bayden Ərdoğanla görüşə məyus gedir: “Bura babanızın Türkiyəsi deyil”backend

Bayden Ərdoğanla görüşə məyus gedir: “Bura babanızın Türkiyəsi deyil

Amerikalı akademik Uolter Rassel Midin “The Wall Street Journal”da “Bura babanızın Türkiyəsi deyil” adlı məqaləsi dərc olunub.

KONKRET.az xəbər verir ki, məqalədə ABŞ-ın Co Bayden administrasiyasının Türkiyəyə qarşı hansı siyasəti yürütməli olduğuna diqqət çəkilib.

Məqalə müəllifi vurğulayıb ki, Ankara “soyuq müharibə” dövründə olduğu kimi qətiyyətli qərbyönümlü deyil, amma yenə də vacib müttəfiqdir:

“Türkiyə Amerikanın ən əhəmiyyətli müttəfiqlərindən biridir, lakin ABŞ üçün digər NATO üzvlərindən daha çox problem yaradır. Prezident Bayden bu ayın sonunda Ərdoğanla ikitərəfli görüşə hazırlaşarkən, bu vacib münasibət haqda yeni şeylər düşünməlidir.

Türkiyə prezidentinə yaxın olan bəzi millətçilər və islamçılar ABŞ-ın Ərdoğan hökumətini silkələyən və 251 türkün öldüyü 2016-cı il çevriliş cəhdini dəstəklədiyinə və ya heç olmasa ona rəğbət bəslədiyinə inanırlar.

Türkiyə və ətrafı ABŞ-Türkiyə münasibətlərini həm daha vacib, həm də daha mürəkkəb hala gətirəcək şəkildə dəyişdi, lakin Vaşinqton hələ də yeni ortaqlıq üçün necə dil tapa biləcəyini müəyyənləşdirməyib.

Ankaranın xarici siyasəti daha müstəqil və daha az proqnozlaşdırılan olmağa davam edəcək. Vaşinqton Türkiyənin Hollandiya, Norveç və ya İspaniya kimi davranmasını gözləsə, münasibətlər hər iki tərəfi məyus edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*