ABŞ höküməti sahibkar İlon Maskın beynəlxalq əməkdaşlığının qanuniliyini yoxlamalıdır.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
O, iş adamının digər ölkələrin nümayəndələri ilə texniki əlaqələrinə diqqət yetirməyi təklif edib.
“Düşünürəm ki, İlon Maskın digər ölkələrlə əməkdaşlığı və ya texniki əlaqələri yoxlanılmalıdır. Mən buna diqqət yetirməyi təklif edirəm”, – Bayden mətbuat konfransında deyib.
Qeyd edək ki, bu ilin fevralında Ağ Evin “Tesla” nümayəndələrini elektromobillərin istehsalına həsr olunmuş tədbirə dəvət etməkdən imtina etməsi ilə bağlı Co Bayden və İlon Mask arasında qalmaqal yaşanıb. ABŞ-da aralıq seçkiləri ərəfəsində iş adamı öz tviter səhifəsində auditoriyasını Respublikaçılar Partiyasına səs verməyə çağırıb.
İqbal Rzayev,
KONKRET.az
