“Baydenin bu çılğınlığı qocalığı və ağlını itirməsi ilə əlaqələndiriləcək” – AÇIQLAMAbackend

"Baydenin bu çılğınlığı qocalığı və ağlını itirməsi ilə əlaqələndiriləcək" - AÇIQLAMA

“Co Bayden türk dünyasının üzün müddət Amerika prezidentləri tərəfindən istifadə edilməsinə qarşı çıxdığı kəlməni dilə gətirdi. Bununla ona qədər olan Amerika prezidentlərinin Türkiyə ilə aralarında olan münasibətlərin daha da gərginləşməməsi üçün istifadə etməkdən çəkindikləri bir addımı atdı”.

Bu sözləri KONKRET.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib. Onun sözlərinə görə, Bayden bütün dünya üzrə sayları vur-tut 10 milyon ətrafında fırlanan erməni millətinin tarixinə düşüb. “Onlar hər il 24 apreldə Baydeni xatırlayacaq və ruhuna dua oxuyacaqlar.

Türk milləti də xatırlayacaq Amerikanın 46–cı prezidenti Baydeni. Amma ermənilərdən fərqli olaraq qəzəb və nifrətlə. 160 milyonluq türk milləti Baydenin ruhuna lənət və hiddət bildirəcək hər il. Fərqə baxın, 10 milyonluq vəhşi qəbilənin diaspor adlandırılan kiçik bir qrupunun pullu sifarişini yerinə yetirməklə 160 milyonluq bir qüvvə boyda özünə düşmən qazandı Amerikanın yeni prezidenti. Bayden qara hərflərlə yazıldı türk millətinin tarixinə”.

Siyasi şərhçi onu da vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putini “qatil” adlandırdıqdan sonra Co Baydendən ən ağlasığmaz hərəkət gözləməyin mümkün olduğu haqqında artıq xəbərdarlıqlar olunurdu: “Bu xəbərdarlıqlar özünü doğrultmaqdadır. Bəlkə də müəyyən müddətdən sonra Baydenin bu çılğınlığı qocalığı və ağlını itirməsi ilə əlaqələndiriləcək. Amma Türkiyə – Amerika münasibətlərinə bu kəlmə ilə vurulan ziyanın aradan qaldırılması heç də asan başa gəlməyəcək. Bayden özündən sonra Amerika xalqı və dövləti üçün “minaları basdırmağı” davam edir. Rusiya, Türkiyə, Çin, İran, Səudiyyə Ərəbistanı, Əfqanıstan… Daha hansı ölkə növbədədir, görəsən?

Bayden 10 milyonluq ermənilərin tarixinə düşdü. Amma öz xalqı qarşısında elədiyi yaxşı əməllərə görə 335 milyonluq bu xalqın tarixinə düşə bilməyəcək. Çünki Bayden 10 milyonluq qəbilə səviyyəsinə endi, özünü Xocalı qatilləri ilə eyni sıraya saldı”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*